Azərbaycan bərpa olunan enerjinin istehsalını artırmaqla təbii qaz sərfiyyatını azalda bilər. Bunu Report iqtisadçı-ekspert Amal Həsənliyə istinadən məlumat verib.
Ekspertin sözlərinə görə, qənaət edilən təbii qaz metanol və karbomid istehsalına yönəldilməklə, qeyri-neft sektorunda əlavə dəyər yaratmağa imkan verə bilər.
O, həmçinin bildirib ki, 2050-ci ilə kimi dünyada istehsal edilən enerjinin üçdə ikisi bərpa olunan enerji hesabına alınacaq və Azərbaycanın bu prosesdən kənarda qalması mümkün deyil.