Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.
Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.
İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.