Yardımlıda narkotik maddələri qanunsuz şəkildə ünvanlara çatdıran şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 30 may tarixində xəbər verir.
Yardımlı polisi tərəfindən rayonun Jiy kəndində Bakı şəhər sakini İqbal Aslanov “Toyota Prius” markalı avtomobildə saxlanılıb.
Avtomobilə baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin və 3 kiloqram 500 qram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədədə yaxın metadon həbi aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı İ.Aslanovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə İ.Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir.
[caption id="attachment_117451" align="alignnone" width="696"]
Foto DİN[/caption]