Bakı şəhərinin Yasamal rayonunda evdə bir nəfərin meyiti tapılıb. Bu barədə 27 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.