Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq.
Bu barədə 29 dekabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 350 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.