“Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir”. Bunu TASS-yə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.
Bu barədə 27 yanvar tarixində Report məlumat verib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçirilir. Belə ki, ümumilikdə qarşıdakı üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıtması gözlənilir”.