Azərbaycanda orta və böyük yaşlı əhalinin peyvəndlənməsi prosesinə yaxın günlərdə başlanılması nəzərdə tutulub. Bunu açıqlamasında TƏBİB-nin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
Bu barədə 5 dekabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, peyvəndin 1-ci və 2-ci dozası arasında müddət 4 həftə olmalıdır.
N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin peyvənd olunmasına ehtiyac yoxdur.
TƏBİB rəsmisi vurğulayıb ki, əgər daha əvvəl hər hansı bir peyvəndə qarşı anafilaktik şok reaksiyası müşahidə edilibsə, həmin şəxslərə peyvənd vurulması əks-göstəriş hesab olunur: "Eyni zamanda hamiləlikdə və immunsupressiv şəxslərə peyvənd vurulması tövsiyə olunmur".