Azərbaycana idxal olunan yeməli həşəratlar üçün gömrük rüsumu müəyyənləşib. Bu haqda aprelin 13-də APA məlumat yayıb.
Həşəratlar dedikdə təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, hisə verilmiş, duzlu və ya duzlu suya qoyulmuş, yeyilə bilən, canlı olmayan, bütöv və ya hissələrə bölünmüş şəkildə təqdim olunan həşəratlara 15% idxal gömrük rüsumu tətbiq olunacaq.