Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni klinika tibb müəssisəsinin direktor müavini vəzifəsinə təyinat olub.
Bu barədə İnsanoid klinikaya istinadən bu gün, 18 noyabr tarixində məlumat verir.
ƏBİB-nin İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
G.Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2007-2008 – ci illərdə Onkoloji Klinikada internatura keçən Gülnar Nuriyeva daha sonra - 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin “Dokuz Eylül” Universitetinin Ginekologiya və Mamalıq Kafedrası - Tibb Fakültəsində uzmanlıq keçib.
21-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Uniklinika və Mərkəzi Gömrük Hospitalında həkim-ginekoloq olaraq çalışıb.