Fevralın 16-da saat 22 radələrində Yevlax rayonundakı evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə 17 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.