Yevlaxda avtomobil kanala düşüb, bir nəfər batıb. Bu barədə 12 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhərinin Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Xilasedicilər axtarışlara cəlb olunublar.