"Azərbaycan Dəmir Yolları" QSC 38 km-lik Yevlax-Bərdə dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə başlayıb. Bu barədə Report 5 may tarixində xəbər verib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı bildirib ki, hazırda yeni dəmir yolu xətti üzrə layihənin texniki iqtisadi əsaslandırılmasına hazırlıq gedir:
“Gələcəkdə həmin yol Bərdə-Ağdam yoluna birləşdiriləcək", - deyə o qeyd edib.