Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 30 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Niva” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Onun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.