Yevlaxda yeniyetmə qida zəhərlənməsindən ölüb. Bu barədə 10 dekabr tarixində APA məlumat verib.
2006-cı il təvəllüdlü şəhər sakini Həşimov Kamran Bakir oğlunun qida zəhərlənməsi diaqnozu ilə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasına məlumat daxil olub. Həkimlərin səylərinə baxmayaraq, 17 yaşlı şəhər sakininin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.