Aprelin 1-dən sonunadək “Aqroservis” ASC və “New Holland” şirkətinin birgə dəstəyi ilə Yevlaxda keçirilən təlimlərə 249 mexanizator cəlb edilib. Bu barədə məlumat 4 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.
Məlumata əsasən, təlimlər taxıl biçininin operativ, vaxtında və itkisiz həyata keçirilməsi, o cümlədən texnikaların istifadəsi zamanı istismar qaydalarına düzgün riayət edilməsi, yanğın, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları mövzusunda keçiriləcək.
Dərslər ödənişsizdir. Təlimləri uğurla başa vuran mexanizatorlara sertifikatlar təqdim olunacaq.