Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Bu barədə 25 aprel tarixində Report məlumat verib.
Hadisə aeroport yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.
Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.