Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid oktyabrın 29-da APA-ya istinadən xəbər yayıb.
Hadisə şəhərin Ceyhun Mustafayev küçəsində qeydə alınıb. 41 yaşlı Həsən Mirzəyev idarə etdiyi minik avtomobilini Şəhidlər xiyabanının hasarına çarpıb.
Nəticədə sürücü Həsən Mirzəyev və 44 yaşlı sərnişin Rüfət Həmidov dünyalarını dəyişiblər. Xəsarət alan daha iki sərnişin Yevlax rayon Xəstəxanasına çatdırılıb.
Qəza zamanı Şəhidlər xiyabanının giriş hisəsində hasarın bir hissəsi uçub, darvaza yerindən qopub.
Hadisənin səbəbləri araşdırılır.