Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb. Bu barədə 7 noyabr tarixində Report məlumat verib.
Minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan bir qadın və bir kişi dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.