Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Bu barədə 12 may tarixində Report məlumat verib.
Belə ki, Qaraoğlan kənd marşrut xətti üzrə hərəkət edən mikroavtobus "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, rayon sakini, 1975-ci il təvəllüdlü Sənan Kərimov xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan sərnişinlərdən birinə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.