Yevlaxda evdə qadın meyiti tapılıb. Bu barədə Report 1 may tarixində xəbər verib.
Yevlax rayonunun Tanrıqullar kəndində 1987-ci il təvəllüdlü S.Eyyubova yaşadığı evin hamam otağında ölü halda aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Qadının dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.
S.Eyyubovanın meyiti tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma gedir.