Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımovun idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırması nəticəsində daha bir nəfər ölüb. Bu barədə 7 noyabr tarixində APA məlumat verib.
Bu gün toyu olacaq Nuranə Hüseynova və onun əmisi qızı Günay Hüseynova ölüblər.
Qəzadan sonra axtarışları davam etdirilən Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Sərnişinlərdən biri olan digər əmisi qızı Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə bu gün toyu olacaq 18 yaşlı qız toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.