Yevlaxda su hövzəsinə çirkab axıdan şəxs müəyyən edilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 iyul tarixində xəbər verir.
Yevlax polisi sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirib.
Çirkabın su hövzəsinə axıdılması, eləcə də məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması faktı aşkar edilib.
Faktla bağlı bir nəfər inzibati məsuliyyətə cəlb edilərək protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.