Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 26 aprel tarixində APA məlumat verib.
Belə ki, 1992-ci il təvəllüdlü Mübariz Bəkirov idarə etdiyi "VAZ 2107" markalı avtomobili aşırıb.
Nəticədə avtomobildə olan oğlu - 2022-ci il təvəllüdlü Abdul Bəkirov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.