Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bakıda hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar hər bir sürücüdən xahiş edilib ki, ara məsafəsini düzgün saxlasınlar, sürət həddini aşağı endirsinlər. Görmə məhdudiyyətini nəzərə alaraq nəqliyyat vasitələrinin silgəclərinə diqqət yetirmək lazımdır.
Ümumilikdə nəqliyyat vasitəsinin texniki sazlığına, yoldan keçən piyadalara diqqət artırılmalıdır.
Həmçinin piyadalar da yolun hərəkət hissəsinə daxil olarkən diqqətli olmalıdırlar.