“Facebook”da insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini, 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib. Bu barədə 25 aprel tarixində “Qafqazinfo” məlumat verib.
Məlumata əsasən, Cəlal İbrahimovu avtomobil vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.