Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunub. Bu barədə 7 aprel tarixində “Qafqazinfo” xəbər verir.
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
45 yaşlı müğənni Rusiyanın Xalq artisti Anna Netrobko ilə evlidir.