Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Paytaxtda gecə 8-10°, gündüz 12-14° isti olacaq.
Rayonlarda havanın gecə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9°, gündüz 13-17°, dağlarda gecə 1° şaxtadan 4°-dək, gündüz 4-9° isti olacaq.