Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir. Bu barədə 11 may tarixində Report məlumat verib.
Nazir Konyada yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.
Qeyd edək ki, təlimlər aprelin 27-də başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.