Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçiriləcək “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.
Bu barədə 25 iyul tarixində Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.