Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək. Bu barədə 1 fevral tarixində APA məlumat verib.
Nazir türkiyəli həmkarı ilə birlikdə Türkiyənin Qars əyalətində keçirilən “Qış-2023” hərbi təlimlərini izləyəcək.
Qeyd olunub ki, yanvarın 18-dən başlayan “Qış-2023” hərbi təlimlərində Azərbaycandan və digər 16 ölkədən hərbçilər iştirak edirlər. Fevralın 2-si təlimlərin son və əsas günüdür.