Zəlzələ AZAL-in uçuşlarının müntəzəmliyinə təsir etməyib. Bu barədə İnsanoid AZAL-ə istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
“Azərbaycan Hava Yolları” Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir.
Bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir.