Baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.
Bu barədə İnsanoid TƏBİB-yə istinadən bu gün, 7 dekabr tarixində məlumat verir.
Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb: "Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-nin tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib".
Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.