Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.