Zəngilan rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilib. Bu barədə 8 noyabr tarixində Report məlumat verib.
Yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub.
Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
[gallery link="file" columns="1" size="full" ids="137200"]