Zaqatalada iki yaşlı qızın üstünə qaynar su tökülüb. Bu haqda aprelin 1-də "Qafqazinfo" məlumat yayıb.
Belə ki, hadisə ehtiyatsızlıqdan baş verib. Uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Körpəyə bədənində 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.
Azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.