Zaqatalada bir nəfərdə qarayara aşkarlanıb, daha iki nəfərin də bu xəstəliyə yoluxduğu şübhəsi var. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.
Rayonun Faldarlı kəndində 52 yaşlı kənd sakini Canqa Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.
C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı məlumat Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənib.
Kəndin daha iki sakini - 41 yaşlı Aliyə Ələsgər qızı Cəfərova və 29 yaşlı Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib.
Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam ediliblər.