Zaqatalada itkin düşən yerli turistlərin axtarışları davam edir. Bu haqda 24 iyul tarixində Report Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.
Ötən gün saat 14:00 radələrində 2 nəfər Bakı sakini Zaqatala rayonunun Qəbizdərə kəndindəki şəlaləyə gedərkən itkin düşüblər.
Onların axtarışları davam etdirilir.
Şəlalə Qəbizdərə kəndindən 4 kilometr məsafədə yerləşir və həmin ərazilər yüksək dağlıq-qayalıq ərazilərdir.
Məlumata görə, girişi qadağan olunan Katex şəlaləsində əvvəllər bir neçə dəfə ölüm hadisələri baş verib. Şəlalənin yerləşdiyi dağlıq əraziyə bələdçi olmadan getmək təhlükəlidir.