Azərbaycanda məktəbli qızlar arasında dava olub. Bu barədə 29 mart tarixində Lent.az məlumat verib.
Hadisə Zaqatala şəhərində qeydə alınıb.
Rayon ərazisində yerləşən internat məktəbin qız şagirdləri arasında düşən davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Dava edən qızlar 8 və 9-cu siniflərin şagirdləri olublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bir neçə şagird arasında mübahisə düşüb: “Polis əməkdaşları həmin yeniyetmələrlə profilaktiki söhbət aparıblar”.