Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Bu barədə Report 15 yanvar tarixində xəbər verib.
Hadisə dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib. 25 yaşlı piyada İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.