Zaqatalada şəlaləyə gedən Bakı sakinləri itkin düşüblər. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
Ötən gün saat 14:00 radələrində Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gedən 2 nəfər paytaxt sakini meşəlik ərazidə yolu azıb.
Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.