Zaqatalada 24 yaşlı ana yeni doğulmuş körpəsini itirib. Bu barədə oktyabrın 28-də APA xəbər verib.
Belə ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Gülsənəm Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
O, təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.