Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 16 yanvar tarixində xəbər verir.
51 yaşlı Aqil Cəfərov yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı onurğa sütununun travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.