Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Nüsrət oğlu İsaqovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.
Bu barədə Report 5 iyun tarixində xəbər verib.
Təzəkənd kəndində keçirilən vida mərasimi başa çatıb.
Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
Dəfn mərasimində şəhidin doğmaları, Zərdab Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.