Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etdiyinə görə axtarışda olan Bərdə rayon sakini Səbri Abdullayev saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 14 iyun tarixində xəbər verir.
Araşdırmalar zamanı saxlanılan şəxsin zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirdiyi məlum olub.
S. Abdullayevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.