Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb. Bu barədə 19 yanvar tarixində Report məlumat verib.
Hadisə yanvarın 17-də saat 18:40 radələrində Suraxanı rayonunu ərazisindəki Zığ-Hövsan şosesində qeydə alınıb.
Belə ki, Vasif Həsən oğlu Bağırov idarə etdiyi "Daewoo BS 090" markalı sərnişin avtobusu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən 1963-cü il təvəllüdlü piyada Qəmər Bəbir qızı Muradovanı vurub. Qəza nəticəsində Q.Muradova almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.