"Zirə" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanır. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 18 iyul tarixində xəbər verir.
Qəsəbə təmsilçisi hazırlıq prosesində Boluda məskunlaşacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv burada üç yoxlama oyunu keçirəcək.
"Zirə" Bakıdakı yoxlama görüşündə 2:1 hesabı ilə "Kəpəz"ə qalib gəlib.