"Zirə" bu gün sonuncu yoxlama oyununu keçirəcək. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan komanda Tanzaniya təmsilçisi "Simba" ilə üz-üzə gələcək.
Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın oyunu "Vonresort" hotelinin meydançasında baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Bakı klubu Azərbaycanın Premyer Liqasının I turunda "Qarabağ"ın qonağı olacaq.