top
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 16:49
- ↺ +

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək.

Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.

Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.

Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək.

Qeyd edilib ki, bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqqıları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq.İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq.

Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqıları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22.8% artacaq.

Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq.

Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq.

Mənbə: oxu az

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:48

Tbilisidə Heydər Əliyevin büstü zədələnib, abidə bərpa üçün örtülüb.

Bütün Xəbərlər
Bu gün, 15:49

Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb

Bütün Xəbərlər
Bu gün, 15:31

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 15:12

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - VİDEO

Bütün Xəbərlər
Bu gün, 14:40

Maliyyə Monitorinqi Xidməti ildə 20 min manatdan çox pul köçürmələrinə məlumat və sənəd tələb edəcək

Bütün Xəbərlər
Bu gün, 14:02

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub

Bütün Xəbərlər
Bu gün, 12:51

Şahmar Mövsümov qanunun Prezident tərəfindən geri qaytarılmasının səbəbini açıqlayıb

Bütün Xəbərlər
Bu gün, 12:44

Oktyabrın ilk günündə yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 12:40

Dubaydan Təl-Əvivə uçan təyyarədə yaşanan insident barədə nə məlumdur? - VİDEO

Bütün Xəbərlər
Bu gün, 09:51

Prezident İlham Əliyev: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

Bütün Xəbərlər
Bu gün, 09:41

Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Bu gün, 09:39

Bakıda "ADEX-2026" və "Securex Caspian" sərgiləri işə başlayıb

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Bütün Xəbərlər
Dünən, 15:53

Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır

Bütün Xəbərlər
Dünən, 14:51

41 il edamını gözlədi, amma tək bir DNT testi hər şeyi dəyişdi

Bütün Xəbərlər
Dünən, 14:24

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib

Bütün Xəbərlər
Dünən, 13:22

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bütün Xəbərlər
Dünən, 12:59

Koreyalılar divarlarda dırmaşa bilən qaynaqçı robot hazırlayıblar - VİDEO

Bütün Xəbərlər
Dünən, 12:52

Sabah rayonlara yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 12:22

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:03

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib

Bütün Xəbərlər
Dünən, 11:15

Ata kartof yığımı üçün övladını "Lexus"un sükanı arxasına keçirib - VİDEO

Bütün Xəbərlər
Dünən, 10:57

Lənkəranda vətəndaşların 150 min manatdan çox vəsaitini ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oxşar xəbərlər