top
Şahmar Mövsümov qanunun Prezident tərəfindən geri qaytarılmasının səbəbini açıqlayıb
Bu gün, 12:51
- ↺ +

Şahmar Mövsümov qanunun Prezident tərəfindən geri qaytarılmasının səbəbini açıqlayıb

Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycan Respublikası Prezidentinin etirazı ilə qaytarılmış "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanununun müzakirəsi zamanı deyib.

Şahmar Mövsümov bildirib ki, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuş, rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb: "Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib. Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir. Qanunun müzakirəsi, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də keçirilib və komitənin müvafiq rəyi hazırlanıb. Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram".

***

saat 12.14

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin etirazı ilə qaytarılmış "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanunu müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov iştirak edir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:12

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - VİDEO

Bütün Xəbərlər
Bu gün, 14:02

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub

Bütün Xəbərlər
Bu gün, 12:44

Oktyabrın ilk günündə yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 12:40

Dubaydan Təl-Əvivə uçan təyyarədə yaşanan insident barədə nə məlumdur? - VİDEO

Bütün Xəbərlər
Bu gün, 09:51

Prezident İlham Əliyev: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

Bütün Xəbərlər
Bu gün, 09:41

Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Bu gün, 09:39

Bakıda "ADEX-2026" və "Securex Caspian" sərgiləri işə başlayıb

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Bütün Xəbərlər
Dünən, 15:53

Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır

Bütün Xəbərlər
Dünən, 14:51

41 il edamını gözlədi, amma tək bir DNT testi hər şeyi dəyişdi

Bütün Xəbərlər
Dünən, 14:24

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib

Bütün Xəbərlər
Dünən, 13:22

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bütün Xəbərlər
Dünən, 12:59

Koreyalılar divarlarda dırmaşa bilən qaynaqçı robot hazırlayıblar - VİDEO

Bütün Xəbərlər
Dünən, 12:52

Sabah rayonlara yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 12:22

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:03

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib

Bütün Xəbərlər
Dünən, 11:15

Ata kartof yığımı üçün övladını "Lexus"un sükanı arxasına keçirib - VİDEO

Bütün Xəbərlər
Dünən, 10:57

Lənkəranda vətəndaşların 150 min manatdan çox vəsaitini ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün Xəbərlər
Dünən, 10:08

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün Xəbərlər
Dünən, 10:02

İçki əvəzinə kitab: Yeni nəsil gecə klublarını belə dəyişir - VİDEO

Bütün Xəbərlər
Dünən, 09:01

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 08:58

Vətən müharibəsinin 3-cü günü: XRONİKA

Bütün Xəbərlər
28 sentyabr 2026, 17:25

Nepalda növbəti dəhşət, nəhəng sürüşmə dağı çaya aşırdı - VİDEO

Bütün Xəbərlər
28 sentyabr 2026, 16:37

AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb

Bütün Xəbərlər
28 sentyabr 2026, 15:03

Murad Adıgözəlzadə baba oldu

Bütün Xəbərlər
28 sentyabr 2026, 14:55

Nuhun gəmisinin sirri açılmaq üzrədir: Türkiyə genişmiqyaslı hesabat hazırlayır - VİDEO

Bütün Xəbərlər
28 sentyabr 2026, 14:53

Türkiyədə baş verən yol qəzasında bir rusiyalı qadın və bir Azərbaycan vətəndaşı həlak olub - VİDEO

Bütün Xəbərlər
28 sentyabr 2026, 14:52

Bakıda ana oğlunu öldürüb, özünü binadan atdı

Bütün Xəbərlər
28 sentyabr 2026, 13:30

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
28 sentyabr 2026, 13:09

Sabah Bakıya yağış, dağlıq rayonlara qar yağacaq

Bütün Xəbərlər
28 sentyabr 2026, 13:02

Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq

Oxşar xəbərlər