top
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Bu gün, 11:13
- ↺ +

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.

İnsanoid.com xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini dedi. Prezident İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu dedi, bu xüsusda cüdoçularımızın mötəbər yarışlarda qazandıqları medalları vurğuladı.

Azərbaycan Prezidenti idman sahəsində əldə olunmuş uğurlarda paytaxt Bakı ilə yanaşı, regionlarımızda da yaradılmış müasir idman infrastrukturunun roluna toxundu.

Qəbula və Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Ladislau-Marius Vizer müxtəlif idman tədbirlərində cüdoçularımızın qazandıqları medallar münasibətilə təbriklərini çatdırdı.

Qonaq Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Görüşdə Azərbaycanın Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğu məmnunluqla qeyd edildi, bu qurumla Azərbaycan Cüdo Federasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə "Dostluq" ordenini təqdim etdi.

Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Ladislau-Marius Vizer ölkəmizdə və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ordenlə təltif olunub.

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:53

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Bütün Xəbərlər
Bu gün, 10:36

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Bütün Xəbərlər
Dünən, 17:42

Azərbaycanın səhiyyə naziri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib

Bütün Xəbərlər
Dünən, 16:38

YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi

Bütün Xəbərlər
Dünən, 15:51

Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
Dünən, 13:54

"Flydubai" təyyarəsində baş verənlərin TƏFƏRRÜATLARI

Bütün Xəbərlər
Dünən, 12:42

Şənbə günü Azərbaycanda güclü yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 10:40

Prezident: "Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"

Bütün Xəbərlər
Dünən, 10:30

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

Bütün Xəbərlər
Dünən, 09:53

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Bütün Xəbərlər
Dünən, 09:09

Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək

Bütün Xəbərlər
01 oktyabr 2026, 17:05

ADY: "Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək"

Bütün Xəbərlər
01 oktyabr 2026, 16:40

AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib - FOTO

Bütün Xəbərlər
01 oktyabr 2026, 16:08

BƏƏ "Flydubai" təyyarəsi ilə bağlı insidentin araşdırılması üçün xüsusi qrup yaradıb

Bütün Xəbərlər
01 oktyabr 2026, 15:12

64 yaşlı Cim Kerri özündən 32 yaş kiçik rəssamla evləndi

Bütün Xəbərlər
01 oktyabr 2026, 15:06

Zaqatalada zəlzələ olub

Bütün Xəbərlər
01 oktyabr 2026, 14:41

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Si Cinpini təbrik edib

Bütün Xəbərlər
01 oktyabr 2026, 13:30

Sabah Azərbaycanda leysan yağacaq

Bütün Xəbərlər
01 oktyabr 2026, 12:23

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Bütün Xəbərlər
01 oktyabr 2026, 12:06

Pakistanda 23 yaşlı Diananı təcavüzkarlara satan qadın saxlanıldı

Bütün Xəbərlər
01 oktyabr 2026, 11:41

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
01 oktyabr 2026, 10:41

İki ölümcül iynəyə tab gətirdi: qadının edamı yarımçıq qaldı

Bütün Xəbərlər
01 oktyabr 2026, 10:35

Azərbaycan Prezidenti: "Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"

Oxşar xəbərlər